"Elvin çıxın, burda olduğu 1 ildə bircə nəfərin adıni çəksin ki…

"Qəbələ"dən ayrılan Elvin Məmmədov Roman Qriqorçukun ünvanına sərt iafdələr işlədib.

Newsport.az-ın məlumatına görəyarımmüdafiəçi artıq Azərbaycandan Qazaxıstana gedən mütəxəssisin yerli futbolçulara antipatiya bəslədiyini iddia edib. 

Sitat: "Qəbələ" Qriqorçukdan canını qurtardı. Bunu deməklə kiminsə haqqına girmirəm, olanı deyirəm. Çox futbolçu buna səsini çıxarmaq istəyirdi, amma çıxara bilmirdi. Çünki müqavilələri var idi. Danışan kimi onları əvəzedici komandaya göndərirdi.

Qriqorçuk yerlilərin qənimi idi. Məşqçiliyinə heç nə deyə bilmərəm, amma insanlığı yox idi. Ona etiraz etmək mümkün deyildi. Klubda hər şeyi əlinə almışdı. Arxasında rəhbərliyin dəstəyini hiss edirdi deyə, istədiyini edirdi.

Etiraz etmək də olmurdu. Çünki nəsə deyən kimi pulumuzu kəsib, əvəzediciyə göndərirdi. "Qəbələ"də öz bildiyini edirdi. Ona görə də heç kim dillənə bilmirdi".

Elvinin açıqlamalarına reaksiyalar gecikməyib. "Qəbələ"nin rəisi Səbuhi Səfiyarlı bununla bağlı sosial şəbəkədə öz fikirlərini bölüşüb:

"Elvin çıxın, burda olduğu 1 ildə bircə nəfərin adıni çəksin ki, pulu kəsilib, "dubl"a göndərilib. Bircə nəfərin...

Çox demirəm. İs ondadı ki, məsuliyyətsiz insanlar boş-boş danışır, mövzu olsun deyə, jurnalistlər də tez yazır. Elə o jurnalist Elvindən soruşmalı idi ki, məsələn, kimi göndərib?

Həə… Ürfan Abbasov, Rasim Ramaldanov, Cavid Hüseynov, Asif Məmmədov, Təmkin Xəlilzadə, İlqar Qurbanov, Ruslan Qurbanov tacik idilər axı.

Elvin də limitə görə oynayardı da. Dəxli nədi ki?! Axırıncı «Qalatasaray» - «Fənərbağca» derbisində start heyətlərində cəmi 2 türk vardı. Heç də hər şey boşboğazların danışdığı kimi deyil".

Klubun digər rəsmisi Səməd Nəsibov da olanlara biganə qalmayıb: "Qriqorçuk nizam intizamlı olun, oyunda taktiki tapşırıqları yerinə yetirin, fiziki hazırlığınız hər zaman yüksək olsun, qəlyan və siqaret çəkməyin, nəzəri çalışmalara hazır olun və s dediyi üçün “düşmən” idi".

sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right