Hacıyev millidəki postundan getdi

“Səbail” klubunun yeni baş məşqçisi Aftandil Hacıyev U-21 millisindən ayrılıb.

Newsport.az saytının məlumatına görə, bir müddətdir ki, baş məşqçi Rəşad Sadıqovun köməkçisi postunu tutan Hacıyev iki yerdə işləməyi məqsədəuyğun saymayıb. Bu barədə saytımıza Hacıyevin özü məlumat verib. 

Qeyd edək ki, Aftandil Hacıyev “Səbail”in baş məşqçisi olana qədər “Qarabağ”ın əvəzedici heyətində baş məşqçi, U-1 millisində isə köməkçi məşqçi kimi çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right