Filip Ozobiç "Qəbələ" ilə razılıq əldə edə bilmədi

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" klubunda növbəti ayrılıq reallaşmaq üzrədir.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" aparıcı futbolçusu Filip Ozobiçi itirə bilər.  

Xorvatiyalı futbolçu "Qəbələ"nin yeni müqavilə şərtlərini qəbul etməyib. Hazırda azad agent statusu daşıyan futbolçunun tələb etdiyi məbləğ klub rəhbərliyini razı salmayıb.  

27 yaşlı futbolçu hazırda digər variantlar barədə düşünür. "Qəbələ"nin əzəli rəqibi "Qarabağ"dan təklif alan futbolçu qərarını yaxın günlərdə verəcək.  

Qeyd edək ki, Ozobiç 2016-cı ilin iyununda "Slaven Belupo"dan "Qəbələ"yə transfer olunub.  

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right