Qazaxıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

Millimizin Qazaxıstanla keçirəcəyi yoxlama oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçın baş hakimi Moldova Futbol Federasiyasından Aleksandr Tyan olacaq. Ona həmyerliləri Andrey Bodyan və Viktor Mardari köməklik edəcək. Dördüncü hakim funksiyasını Dmitri Muntyan yerinə yetirəcək.

Qeyd edək ki, Tyan DÇ-2018-in seçmə mərhələsində Qazaxıstan və Ermənistan arasında keçirilən matçı (1:1) da idarə edib. 

Əlavə edək ki, Astanada keçiriləcək Qazaxıstan - Azərbaycan görüşü iyunun 5-i Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right