Məşhur baş məşqçi "Neftçi"dən imtina etdi

Tərlan Əhmədovla müqaviləsi başa çatan "Neftçi" baş məşqçisi ilə bağlı qərarı açıqlamasa da, bu vəzifəyə mütəxəssis axtarır.

Newsport.az xəbər verir ki, məşhur rumıniyalı çalışdırıcı Marius Şumuditsa "Neftçi"dən təklif aldığını ölkəsinin mətbuatına açıqlamasında deyib. Son olaraq "Kayserispor"da işləyən 47 yaşlı mütəxəssis Türkiyədə çalışmaq istədiyini deyib:

"Türkiyənin iki inkiafda olan klubu ilə danışıqlar apardım. Orada mənim planlarım var. Türkiyədə futbol atmosferi möhtəşəmdir. Azarkeşlər futbolu sevirlər və stadionlar tam dolur. Orada işləmək mənə rahatdır, çünki maliyyə rahatlığım var. Biz Azərbayanın "Neftçi" klubundan gələn təklifi rədd etdik. Fikrimiz Türkiyədə çalışmaqdır. Rumıniyaya dönmək? Ancaq ÇL-də mübarizə aparacaq ÇFR-i çalışdırmağı düşünə bilərəm".

Qeyd edək ki, Şumuditsanın rəhbərliyi altında "Kayserispor" Super Liqada 9-cu yeri tutumuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right