"Bəzən meydanda bir-birimizi hiss etmirik" Qara Qarayev

Milli komandamız yoxlama görüşündə Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.
 

Newsport.az-ın məlumatına görə , oyundan sonra millimizin futbolçusu Qara Qarayev jurnalistlərə müsahibə verib. Təcrübəli yarımmüdafiəçi öncə oyun haqda danışıb:
 
- Son zamanlar qələbələrə köklənmişik. Millidə hər şey yaxşıya doğru gedir. Düşünürəm ki, daha da əla olacaq. Millətlər Liqasından öncə son yoxlama görüşlərimizi keçiriririk. Artıq nəsə ortaya qoymaq lazımdır. Özümüzü göstərməliyik. Komanda şəklində yığışmalıyıq və hansı oyunu nümayiş etdirəcəyimizi müəyyənləşdirməliyik. Bu gün göstərəciyimiz oyunun ilki idi. Qazaxıstanla Latviyaya qarşı matçlarda da yaxşı nəticə qazanaraq Millətlər Liqasına motivasiyalı getmək istəyirik.
 
- Nəticəni kənara qoysaq, oyundan razı qaldı?
- Çatışmayan cəhətlər var idi. Qola kimi yaxşı oynadıq. Daha sonra boşluqlar oldu, rəqib fərqli oynadı. Qırğızıstan ilk qoldan sonra pressinqi artırmışdı. Bizə problem yaradırdılar. Millinin bəzi üzvləri ilə 1-ci və 2-ci dəfə birgə oynayırdıq. Bu da bəzi epizodlarda problem yaradır. Bəzən meydanda bir-birimizi hiss etmirik. Öyrəşməliyik. Amma oyunda yaxşı tərəflərimiz də oldu. Bunu da qeyd edərdim.
 
- Qırğızıstandan belə oyun gözləyirdiniz?
- Rəqibin oyununa baxmamışdım və tanımırdım. Videolarda baxmışdıq və daha yaxşı görünürdülər. Amma biz daha yaxşı çıxış etdik və qalib gəldik. Düşünürəm ki, üstün oynadıq. Ağır komanda idilər. Qarşıda bizi elə oyunlar gözləyir ki, yaxşı oynamaq kifayət etməyəcək. 1 qol vurub, 3 xal əldə etmək lazım olacaq. Sırf nəticəyə köklənməli və bunu bacarmalıyıq.
 
- Riçard Almeyda yox idi. Meydanın mərkəzində Emin Mhamudovla oynadın. Almeydanın yeri görünürdü?
- Əlbəttə, Riçardla 6 ildir ki, birgə çıxış edirəm. Oyun zamanı bir-birimizin nə istədiyini bilirik. Alemydanın olması meydanda işimi daha rahat edir. Ancaq deməzdim ki, Mahmudov zəifdi və anlaşa bilmirik. Daha yaxşı olacağıq. Birinci, ya da ikinci dəfə idi ki, birgə oynadıq. Meydandakı əlaqəni daha yaxşı edəcəyik. Fərq var, amma böyük deyil.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right