“Azərbaycan Millətlər Liqasında uğurlu nəticə əldə edə bilər”

“İlk növbədə yaradılan şəraitə görə AFFA-ya təşəkkür edirəm”.  Newsport.az xəbər verir ki, bu sözləri Qırğızıstan milli komandasının baş məşqçisi Aleksandr Krestinin deyib.

O, Azərbaycana qarşı keçirdikləri yoldaşlıq görüşünü dəyərləndirib: “Oyuna gəlincə, komandamda təcrübə çatışmadı. Komandamın oyunundan razı qalmadım, nəticə məni qane etmədi. Gələcək görüşlərdə bunu aradan qaldırmağa çalışacağıq”.

- Oyundan öncə hansı nəticəyə ümid edirdiniz?

- Qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Bizim təcrübəmiz Azərbaycandan azdı. Təcrübə azlığı oyunda öz sözünü dedi.

- Azərbaycan Millətlər Liqasında nəyə nail ola bilər?

- Bu suala dəqiqliklə cavab verə bilmərəm. Çünki qrupdakı rəqiblərinizi tanımıram. Onu deyə bilərəm ki, Azərbaycanda futbol inkişaf edir. Belə davam etsə, Azərbaycan qrupda uğurlu nəticə əldə edə bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right