Millimizin üzvündən "Feyenoord" açıqlaması: "Bu söhbətlər realdır"

"Toplanışımız yaxşı keçdi. Rəşad müəllimin rəhbərliyi altında hazırlıqlarımız maraqlı oldu. Uşaqları çoxdan idi görmürdüm, mənim üçün çox xoş oldu. Hər şey qaydasında idi".

Newsport.az saytının məlumatına görə, bu sözləri 20 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu Ziya Əzizov deyib. 

Gənc futbolçu millimizin Makedoniyaya qarşı keçirdiyi yoxlama oyunundan söz açıb: "Rəqib bizdən çox güclü deyil. Təəssüf ki, qol vura bilmədik. İkinci hissədə ötürmələrlə kompakt şəkildə oynadıq. Futbolda hər şey olur".

Hollandiyanın "Den Boş" klubunun üzvü gələcək karyerasından danışıb: "Gələcəyimlə bağlı heç nə deyə bilmərəm. Hazırkı vəziyyətimdən razıyam. Amma daha yüksək yerdə olmağa çalışıram". 

Futbolçu adının PSV və "Feyenoord" kimi məşhur klublarla hallanmasına münasibət bildirib: "Bu söhbətlər realdır. Bu işlə agentim maraqlanır".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right