Samir Abbasov "Səbail"in təklifinə "yox" dedi: "Yeni komanda yaratmaqdan yorulmuşam"

"Sumqayıt"dan ayrılan Samir Abbasov yeni iş təklifinə "yox" cavabı verib. Gənc mütəxəssis Samir Əliyevin öz istəyi ilə ayrıldığı "Səbail" klubundan təklif alsa da, bunu dəyərləndirməkdən imtina edib. 

Newsport.az xəbər verir ki, Futbol11.az saytına açıqlama verən çalışdırıcı qərarının səbəbini klub rəhbərliyi ilə bəzi detallarda razılıq gəlməməklə əlaqələndirib:  "Səbail"lə razılaşmadıq və bu söhbət mənim üçün bağlanıb.  Belə deyək, artıq başqa yöndə işləmək istəyirəm.  Neçə illərdi ki, "Sumqayıt"da işlədim. Demək olar ki, yeni komanda yaratmaqdan yorulmuşam.  Bəli, yeni komanda yaratmaqdan bezdiyim üçün "Səbail"ə getmədim. "Səbail" rəhbərliyi məndən yeni komanda istəyirdi. Gözləyək, inşallah, daha yaxşı komandalardan təklif alarıq". 

Qeyd edək ki, Samir Abbasov 2015-ci ildən "Sumqayıt"da çalışırdı. "Gənclik şəhəri" təmsilçisi onun rəhbərliyi altında buy mövsüm Premyer Liqada 4-cü pilləni tutub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right