“Neftçi”nin ilk yay transferi: Həll olundu

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Neftçi” həm Avropa Liqasının, həm də gələn mövsümün planlarını cızmağa başlayıb.

Newsport.az saytının məlumatına görə, paytaxt klubu ilk transferini gerçəkləşdirib. Belə ki, “Neftçi” ötən mövsümü “Sumqayıt”da keçirmiş Tural Axundovla rəsmən anlaşıb. “Sumqayıt”la müqaviləsi başa çatan oyunçu “Neftçi”nin ofisində olub və sözləşməyə imza atıb. 

Qeyd edək ki, transfer pəncərəsi açıldıqdan sonra “Neftçi” bu keçidi rəsmən elan edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right