Rüfət Dadaşov komandasına kubok qazandırdı

Milli komandamızın sabiq üzvü Rüfət dadaşov Berlin "Dinamo"sunun heyətində son matçına çıxıb.

 

Newsport.az xəbər verir ki, həmyerlimizin komandası Berlin kubokunun finalında "Berliner"lə üz-üzə gəlib. Qarşılaşma "Dinamo"nun 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan Dadaşov komandasının hər iki qolunun müəllifi olub. O, 16 və 62-ci dəqiqələrdə fərqlənib. Millimizin sabiq üzvü  87-ci dəqiqədə əvəzlənib.

 

Xatırladaq ki, 27 yaşlı hücumçu yeni mövsümdən 3-cü Bundesliqada çıxış edən “Proyssen” klubunda çıxış edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right