Azərbaycan Premyer Liqası Mükafatlandırma mərasimini neçə azarkeş izləyib?

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub.

 

Newsport.az xəbər verir ki, mövsümün sonuncu - 28-ci turu üçün azarkeş sayı bəlli olub.

 

Ən çox tamaşaçı Gəncədə qeydə alınıb. Nizami yurdunda keçirilmiş “Kəpəz” - “Neftçi” qarşılaşmasını (1:2) 5000 tamaşaçı tribunalardan izləyib.

 

Turda ən az tamaşaçı isə Bayılda qeydə alınıb. Cəmi 300 nəfər “Keşlə”nin “Səbail” üzərində 1:0 hesablı qələbəsinin canlı şahidi olub.

 

“Sumqayıt”ın “Zirə” ilə ev matçında (1:2) isə 1300 tamaşaçı qeydə alınıb.

 

Çempion “Qarabağ”ın “Azərsun Arena”da “Qəbələ” üzərində 1:0 hesablı qələbəsini 3000 azarkeş tribunalardan izləyib. Bu görüşdən sonra PFL "Qarabağ", "Qəbələ" və "Neftçi"ni mükafatlandırmışdı.

 

Ümumilikdə, turun 4 oyununu 9600 seyrci izləyib ki, bu da, hər matça orta hesabla 2400 nəfər deməkdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right