"Axırıncı yeri tutan komanda birinci Diviziona getməlidir" – Elxan Məmmədov

“Kəpəz"ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar".

Newsport.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov “Report” agentliyinə açıqlamasında Lisenziya Komissiyasının qərarını şərh edərkən deyib.

O, Gəncə komandasının gələn mövsüm Topaz Premyer Liqasında çıxış etməyəcəyinə işarə vurub: "İdman prinsiplərinə uyğun olaraq, axırıncı yeri tutan komanda Premyer Liqadan I Diviziona getməlidir".

"Xəzər"in aqibəti necə olacaq?

Baş katib "Kəpəz"in qalması və I Divizionun qalibi "Xəzər"in də gəlişi ilə 10 komandalı Premyer Liqa mümkündürmü" sualını isə belə cavablandırıb: "Açığı, I Divizion komandaları bütün sənədləri təqdim etməyiblərsə, apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz".

AFFA-nın Lisenziya Komissiyası "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”, "Keşlə", "Səbail" və "Kəpəz"lə yanaşı, I Diviziondan "Sabah" klubunun gələn mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verib. Əvəzində aşağı liqanın qalibi "Xəzər" klubu elitada çıxış etmək üçün lisenziya ala bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right