Azərbaycan Premyer Liqası: 27-ci turu nə qədər azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub.

Newsport.az-ın məlumatına görə, turda ən yüksək göstərici “İnter Arena”da qeydə alınıb. Cəmi 2000 tamaşaçı “Keşlə”nin çempion “Qarabağ”ı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub.

Ən aşağı göstərici isə Mərdəkanda, “Dalğa Arena”da qeydə alınıb. Burda keçirilmiş “Neftçi” - “Səbail” qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib.

Digər oyunlardan Sumqayıtda keçirilmiş “Sumqayıt” - “Qəbələ” matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Kəpəz” oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right