"Qarabağ"la oyuna başqa cür yanaşa bilmərik" - Qriqorçuk

Azərbaycan Premyer Liqasının XXVII turunda "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Newsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqarın baş məşqçisi Roman Qriqorçuk matç haqda danışıb:
 
"Futbolçulara deyəcəyim sözləri deyəcəm. Onlara afərin! Çox prinsipial yanaşdılar, qalib gəlmək istədilər. Oyunçularımın futbola yanaşmasını daha çox bəyəndim. Ümumilikdə futbolçulardan çox razıyam".
 
- Sonuncu tur formal xarakter daşıyacaq. "Qarabağ"la oyunda əsas heyətə güvənəcəksiniz, yoxsa kobuk oyunu üçün onlara istirahət verəcəksiz?
- Yox, meydana güclülər daxil olacaq. "Qarabağ"la oyuna başqa cür yanaşa bilmərik. Qalib gəlmək istəyəcəyik, komanda güclü olmalıdı. Yaxşı oyun nümayiş etdirməliyik və kubokdan öncə yaxşı motivasiya olacaq.
 
- Sizcə, "Sumqayıt"ın üstələməkdə futbolçuların ustalıq səviyyəsi böyük rol oynadımı?
- Rəqib futbolçuları öz oyunçularımızla müqayisə etməyə haqqım yoxdu, ancaq öz oyunçularıma gəldikdə, deyə bilərəm ki, yaxşı oyun göstərdik, ustalıq səviyyəmiz yaxşı oldu və bu səbəbdən qollar vurduq.
 
- Ozobiçin oynamamasının səbəbi nədir?
- Kiçik zədəsi var, oynaması məsləhət görülmürdü.
 
- Ukrayna mətbuatında "Keşlə"nin baş məşqçisi Yuri Maksimovla soyuq münasibətinizin olduğu haqda məlumatlar yazılıb...
- Tamamilə boş söhbətdi. Maksimovla normal münasibətimiz var. Bizim mətbuat niyə belə şey yazsın ki? Bizim ümumiyyətlə heç vaxt münaqişəmiz olmayıb. Mənə zəhmət olmasa o məqaləni göndərin ki, orada yazılsın, nə vaxtsa Maksimovla mənim aramda soyuq münasibət olub. Belə şeyləri haradan götürürsüz? Mənim ümumiyyətlə heç bir məşqçi ilə pis münasibətim yoxdu. 
 
- Kubokda məğlub olmaqdan qorxmursunuz ki? Üzərinizdə əlavə təzyiq varmı?
- Niyə qorxmalıyam ki? Əksinə, "Qəbələ" ilə final oynamağım məni sevindirir. Bu artıq sevindirici haldı. Fİnalda olmağımızın özü uğurdu.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right