Pedro "Qarabağ"la vidalaşdı FOTO

"Qarabağ"ın PAOK-dan icarəyə götürdüyü Pedro Enrike mövsüm başa çatdıqdan sonra Ağdam klubundan ayrılacaq.

Newsport.az-ın xəbərinə görə, onun transferi üçün Yunanıstan klubuna müraciət edilməyəcək. Braziliyalı vinger bu gün sosial şəbəkə hesabında paylaşdığı statusla Ağdam klubuna təşəkkür edib.

“Bütün Azərbaycan xalqı və “Qarabağ”a birlikdə keçirdiyimiz mövsüm üçün “sağ ol” deyirəm. Bu, karyeramda həlledici anlardan biri oldu və mən burada keçirdiyim 9 ayı hər zaman böyük sevgi ilə xatırlayacağam. Meydana çıxdığım bütün oyunlarda var gücüm və ürəyimlə oynamağa çalışdım. Çünki bu komandada oynamaq mənim üçün həmişə xoş idi və bu cür də qalacaq. Özümü sizə borclu hiss edib gedirəm. Mənə Ağdam camaatı üçün oynamaq imkanı yaratdığınıza görə sizə hər zaman minnətdar olacağam. Mənə qucaq açdıqları üçün bütün futbolçulara, texniki heyətə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. Allah sizdən razı olsun”.

Qeyd edək ki, 27 yaşlı futbolçu Premyer Liqada 19 oyuna (1273 dəqiqə) 3 qol vurub. Pedro ÇL-in qrup mərhələsində 4 oyun keçirib və "Roma" ilə görüşdə fərqlənmişdi.

Əlavə edək ki, Riçard Almeyda da "Qarabağ"dan ayrılacaq.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right