“Almeydanın “Qarabağ”da qalmaq şansı azdır” Qurban Qurbanov

“Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda klubundan ayrılır.

Newsport.az-ın xəbərinə görə, Ağdam təmsilçisi yayda müqavilə başa çatacaq milliləşdirilmiş braziliyalı oyunçuya yeni təklik irəli sürsə də, o, bunu qəbul etməyib və karyerasını xaricdə davam etdirməyə qərar verib. Onunla İtaliya və Türkiyə klublarının maraqlandığı bildirilir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərlə söhbətində təsdiq edib ki, Almeydanın komandada qalmaq ehtimalı çox azdır:

"Riçard Almeydanın müqaviləsi bitir. Onun əla təklifləri var. "Qarabağ"da qalmaq şansı çox azdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right