"İdman Azərbaycan" məğlub olub, DÇ-da çıxışını dayandırdı

Rusiyanın Moskva şəhərində Kontinental Futbol Liqasının oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, Bakı Futbol Liqasının qalibi olan "İdman Azərbaycan" da ölkəmizi bu turnirdə təmsil edirdi.

Təmsilçimiz qrupdakı son oyununa çıxıb. Komandamızın rəqibi Rusiyanın "İstvud" kollektivi olub. Oyun rusların 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da 3 komandalıq qrupda yer alan "İdman Azərbaycan" keçirdiyi hər iki oyunda uduzaraq, turnirdəki çıxışını dayandırıb.. 

Məlumat üçün bildirək ki, "İdman Azərbaycan" ilk oyununda Mahaçqalanın "Napoli" komandasına 0-3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right