"İdman Azərbaycan" məğlubiyyətlə başladı

Bakı Futbol Liqasının (BFL) təşkilatçılığı ilə 2017/18 mövsümünü çempion olaraq başa vuran “İdman Azərbaycan” komandası Rusiyaya yola düşüb.

Newsport.az-ın məlumatına görə, həvəskarlar arasında dünya çempionatında iştirak etmək üçün BFL tərəfindən Moskva şəhərinə göndərilən təmsilçimiz 1 həftə ərzində həm “Continental Football League”də iştirak edəcək, həm də yaranan imkandan istifadə edərək ölkə xaricində Azərbaycanda futbola olan sevginin və marağın beynəlxalq arenada təbliğini həyata keçirəcək.

Təmsilçimiz "Continental Football League"də ilk oyununu bu gün keçirib. "Televiziyaçılar" "Napoli"yə 0:3 hesabıyla uduzub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right