Lukas Qomes: "Mən legioner olduğum üçün gözləntilər çoxdur"

“Çətin oyun olacağını bilirdik. Çünki çempiona qarşı oynayırdıq. Lakin sona qədər mübarizə apardıq və çox şadam ki, sonda üç xalı biz qazandıq”.

Bu sözləri “Qarabağ” – “Neftçi” görüşündən sonra (0-1) qonaqların futbolçusu Lukas Qomes Newsport.az-ın suallarını cavablandırarkən bildirib:

-Görüşün sonlarına yaxın bir real qol imkanını əldən verdin. Nə baş Verdi orada?

-Çox üzüldüm. Orada qol vura bilsəydim çox sevinərdim. Lakin bütün bunlara baxmayaraq, şadam ki, buradan qələbə ilə ayrılırıq.

-Sanki, komandaya uyğunlaşmaqda çətinlikləriniz var.

-Bunu dərk edirəm ki, üzərimdə daha çox təzyiq var. Çünki, mən legionerəm və məndən gözləntilər çoxdur. Bundan öncəki oyunlarda 8-10 dəqiqə meydanda olmuşam. Bu gün isə məşqçi mənə meydanda daha çox qalmaq şansı verdi. Çalışıram ki, komandaya xeyir verən futbolçu olum.Fərqlənə bilməsəm də, kluba hər hansı bir xeyrim dəysin.

-Tənqidlər sənə psixoloji təsir göstərir?

-Bizim işimiz futbol oynamaqdır. Yaxşı və yaxud da pis oynamağımızdan asılı olmayaraq, tənqidlərə öyrəşməliyik. Mən də tənqidlərə normal yanaşıram və çalışıram ki, öz üzərimdə daha işləyim.

-“Neftçi”də qalmaq haqda düşünürsünüzmü?

-Klub ilə 6 ay müqaviləm qalıb. Çalışacam ki, bu aylar ərzndə özümü yaxşı tərəfdən göstərim. Daha sonra isə komanda hansı qərarı verəcək, bilmirəm.

-Saç rənginizi dəyişmisiniz. Bunun xüsusi bir səbəbi var? Uğur gətirmək baxımından.

-(Xoşum gəlmir ki, bayaqdan saç düzümümə gülürsünüz.) Dəyişdim ki, maraqlı olsun.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right