"Karyeramda heç vaxt belə hal olmamışdı" "Zirə"nin futbolçusu

Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Zirə"nin futbolçusu Yani Urdinov oyundan sonra Newsport.az-ın suallarını cavablandırıb. 

- Uzun müddətdən sonra qələbə qazandız. Bu gün həmin tilsimi qıra bildiniz...

- Karyeramda heç vaxt belə hal olmamışdı. Qələbəyə görə çox sevinirəm və bəlkə də karyeramın ən yaxşı qələbəsi adlandıra bilərəm. Kollektivdə hər kəsə təşəkkür edirəm. Bizim üçün çox vacib qələbə idi. Bu oyunda xarakter göstərək necə komanda olduğumuzu sübut etdik. "Kəpəz"lə konsentrasiya olacağıq. Avrokubok şansımız hələ də qalıb. "Sumqayıt"la xal fərqini aradan qaldırmağa çalışacağıq.

- Riçard Qadze yerə yıxıldığı epizodda səncə penalti var idi? Hakim idarəciliyi necə idi?

- Həmən epiozdla bağlı fikir bildirmək istəmirəm. Çünki bu o qədər də önəmli deyil, amma fikrimi soruşursunzsa məncə, penalti var idi. Qadze ayaq üstə durmağa çalışdı, amma alınmadı. Çünki təmas var idi həmən epizodda.

- Səncə penaltı epizodu oyuna təsir etdi?

- Hakim penalti təyin etsəydi çox güman ki, hesab 0-2 olacaqdı. Sonradan bizim üçün oynamaq daha rahat olacaqdı. Hər şeydə xeyir var. Bəlkə də 0-1 olması bizim üçün daha çox əzimkarlıq nümayış etdirməyimizə gətirib çıxardı

- Hər oyunda hakimlərə qarşı aqressiv olursan. "Neftçi" ilə oyunda qırmızı vərəqə alandan sonra ehtiyat edirsən ya rəhbərlik hakimə etirazını qadağan edib?

- Qırmızı kartdan sonra baş məşqçi mənə ehtiyatlı olmağı, aqressiv davranmağa ehtiyac olmadığını dedi. Növbəti oyunların bizim üçün çox önəmli olduğunu bildirdi. Mən də məşqçinin dediklərin yerinə yetirirəm.

- "Sumqayıt", "Neftçi" və "Zirə" arasında avrokubok mübarizəsi gedir. Səncə "Zirə" bu mübarizədən qalib ayrıla biləcəkmi?

- Bizə digər komandaların nəticələri maraqlı deyil. "Kəpəz"lə oyunu düşünürük. Növbəti iki oyunları qazanacağımız halda təəbi ki, avrokuboklara gedən biz olacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right