Rəşad Sadıqov postundan gedir

“Qarabağ” klubunun kapitanı, Azərbaycan U-20 və -21 millilərinin baş məşqçisi Rəşad Sadıqov eyni zamanda, “Qarabağ”ın U-19 komandasını da çalışdırır.

Newsport.az saytının məlumatına görə, Sadıqov hələ qışda “Qarabağ”ın U-19 komandasının baş məşqçisi postundan getməyi düşünüb. Sadəcə, araya-ərsəyə gətirdiyi komandanı yarı yolda qoymaq istəməyib. Dünən isə Azərbaycanda Gənclər Liqası başa çatdı və Rəşad Sadıqovlu “Qarabağ” gümüş medallara yiyələndi. Bizdə olan məlumata görə, çempionatla birgə Sadıqovun da U-19 komandasında missiyası başa çatıb. "14 nömrə" bundan sonra əsas fikrini “Qarabağ”dakı çıxışına, Azərbaycan U-21 yığmasına və Pro lisenziyası almaq istəyən məşqçilər üçün təşkil edilən kurslara ayıracaq.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right