Yunis Hüseynov “Kəpəz”ə yeni futbolçu cəlb etdi

“Kəpəz”in əvəzedici heyətinin üzvü Fərid Məmmədov ilk dəfə olaraq əsas komandaya çağırılıb.

Newsport.az-ın məlumatına görə, “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov “Sumqayıt”la oyun öncəsi gənc futbolçuya dəvət göndərib. Məmmədov bu gün keçirilən məşq prosesində də iştirak edərək özünü ən yaxşı tərəfdən göstərməyə çalışıb.

Mövqecə sol cinah yarımmüdafiəçi olan Fəridin 18 yaşı var. O, əvəzedici heyətlə yanaşı, klubun U-19 komandasının da şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right