“Keşlə”də xoş olmayan mənzərə: Kamran Ağayevlə Slavik Alxasov arasında atışma

Son vaxtların yüksəlişdə olan komandalarından biri “Keşlə”dir. Azərbaycan Kubokunun finalına vəsiqə qazanmaqla adından söz etdirən Yuri Maksimovun komandası Azərbaycan Premyer Liqasında da pis təsir bağışlamır. 

Newsport.az-ın məlumatına görəhazırda isə komanda “Neftçi” ilə üz-üzə gəlir. Çempionatda faktiki olaraq hər hansı bir ciddi iddiası qalmayan “Keşlə” “Neftçi”yə qarşı layiqli mübarizə aparır. Amma matçın gedişində komanda adına xoş olmayan bir mənzərə yaşandı. Belə ki, komandanın iki aparıcı üzvü - qapıçı Kamran Ağayev və müdafiəçi Slavik Alxasov söz savaşına çıxdılar. Topun oyuna hansı tərzdə daxil edilməsi ilə başlanan problem xeyli davam etdi və tərəflər bir birinin ünvanına xoş olmayan sözlər işlətdilər. “Neftçi” bərabərlik qolunu vurduqdan sonra isə məsələ daha da qızışdı. Hisslərinə hakim ola bilməyən kapitan Ağayev topu bilərəkdən kənara vuraraq hirsini soyutdu.

Onun bu hərəkəti isə cavabsız qalmadı. Belə ki, Maksimov fasilədə onu Orxan Sadıqlı ilə əvəzlədi.  

Qeyd edək ki, Slavik Alxasov uzun müddətdir ki, “Keşlə”nin heyətində yer alır. Kamran Ağayev isə qışda komandaya cəlb olunmasına baxmayaraq, kapitan sarğısı daşıyır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right