Yuri Maksimova verilən cəza məlum olub

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun cavab matçlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Neftçi” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur .

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” - “Keşlə” matçının 72-ci dəqiqəsində “Keşlə”nin baş məşqçisi Yuri Maksimov aqressiv davranışa görə texniki zonadan kənarlaşdırılıb. Yuri Maksimov bu səbəbdən 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right