Daha bir futbolçu "Neftçi"dən ayrılır

Yeni mövsümün planlarını cızan "Neftçi" komandadan göndərəcək və edəcəyi transferləri müəyyənləşdirir.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun mövsümün sonunda yolları ayıracağı daha bir futbolçusu müəyyənləşib. "Ağ-qaralar" müdafiəçisi İlkin Qırtımovun xidmətində maraqlı deyil. Cinah futbolçusu mövsümün sonunda paytaxt klubunun sıralarını tərk edəcək.

"Neftçi" Qırtımovla yanaşı, bir neçə futbolçusuna da qapını göstərəcək. Kampaz Mayk, Xaviyer "Qato" Qarsiya Fransisko, Kiril Petrov və Lukas Emanuel Qomeslə də yolların ayrılması gözlənilir.

Qeyd edək ki, İlkin Qırtımov mövsümün əvvəlində "Keşlə"dən heyətə cəlb edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right