Rəşad Əzizli: " İki oyunun ikisində də üstün olan tərəf biz idik" Müsahibə

“İlk oyunda qalib gəlmişdik. Lakin cavab görüşündə də nəticə önəmli idi. Düşünürəm ki, bəxtimiz gətirnədi”.

Bu sözləri "Neftçi"nin qapıçısı Rəşad Əzizli "Neftçi" "Qəbələ" görüşündən sonra (1-3) Newsport.az-ın suallarını cavablandırarkən bildirib: 

-İlk görüşdən sonra hər kəs “Neftçi”ni finalda sayırdı. Bu, sizdə arxayınlıq yaratmamışdı?

-Xeyr, arxayınlıq yox idi. Sadəcə, oyunumuz alınmadı. Həmişə qalib gəlmək də olmaz, uduzmağı da bacarmaq lazımdır.

-Hansı qolda özünü təqsirkar hesab edirsən?

-Hər üç qolda.

-İlk qolu siz vurdunuz. Lakin sonda məğlub oldunuz. Bunu nə ilə əlaqələndirirsən?

-Komanda gec toparlandı. Vaxt isə çatmadı. Düşünürəm ki, bir qol vura bilsəydik, ardı gələcəkdi. Ancaq alınmadı.

-Komandanın finala vəsiqə qazanmamağını sırf bəxtlə əlaqələndirmək olar?

-Bəli, iki oyunun ikisində də üstün olan tərəf biz idik. Sadəcə, diqqətsizlik etdik və bunun acısını da yaşadıq.

-Yəqinki finalda “Qəbələ”yə azarkeşlik edərsiniz və çempionatda dördüncü yer üçün mübarizə apararsınız?

-Xeyr, biz heç bir komandaya azarkeşlik etmirik. Sadəcə, öz oyunumuzu oynayıb, qələbə qazanmaq lazımdır. İrəli baxmağa çalışacağıq.

-Komandanın Avroliqa şanslarını necə qiymətləndirirsən?

-Şanslarımız yenə də qalır. Ümid edirəm ki, layiq olduğumuz yeri tutacağıq.

-Dörd gün sonra yenə “Qəbələ”yə qarşı oynayacaqsınız. Bu haqda fikirin nədir? Rövanş kimi baxmaq olarmı bu qarşılaşmaya?

-Bu görüşü yaddan çıxardıb, yalnız qələbə üçün meydana çıxacağıq. Düşünürəm ki, qələbə olsa, haqq öz yerini tapacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right