"Neftçi" üçün arzulnan rəqib

"Neftçi” bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, bu komanda ilə indiyədək 4 kubok görüşündə üz-üzə gəlib. İlk üç qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib. Həm 2013/2014 mövsümündəki final matçında, həm də 2015/2016 mövsümündəki yarımfinalda qalib penaltilər seriyasından sonra müəyyənləşib. Hər iki seriyada "Neftçi” qələbə qazanıb. 2013/2014 mövsümündə kuboku başı üzərinə qaldıran "Neftçi" 2015/2016-da finala yüksəlməyi bacarıb.

Sonuncu görüş isə aprelin 12-də yarımfinal mərhələsinin ilk oyun çərçivəsində Qəbələ şəhər stadionunda olub. Həmin qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanmışıq. İlk hissədə Lukas Qomez və Namik Ələskərovun qolları ilə hesabda öndə olan komanda, ikinci hissəyə əlavə olunmuş ilk dəqiqədə qapısında qol görüb.

Qeyd edək ki, "Bakcell Arena”da bu gün saat 20:00-da başlanacaq oyuna giriş biletsizdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right