Azərbaycan kubokunun finalçıları məlumdur Yenilənib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində iki qarşılaşma finalçıların adlarına aydınlıq gətirib.

“Keşlə” evdə qazandığı 1:0 hesablı qələbədən sonra Sumqayıtda eyniadlı komandanın qonağı olub. 1:1 hesablı bərabərliyə nail olan Bakı klubu finala yüksələn ilk komanda olub.

Digər qarşılaşmada isə Tərlan Əhmədovun çalışdırdığı “Neftçi” Qəbələdəki 2:1 hesablı qələbənin revanşında eyniadlı komandanı qəbul edib. Roman Qriqorçukun rəhbərlik etdiyi əyalət klubu böyük əzmkarlıq göstərərək 3:1 hesabı ilə qalibiyyət əldə edib və finala çıxan ikinci komanda olub. 

 
Qeyd edək ki, final oyunu mayın 28-də keçiriləcək.
 
Azərbaycan kuboku
 
Yarımfinal, cavab oyunları
 
18 aprel
 
17:00. "Sumqayıt” – "Keşlə” 1-1
Qol: Sezar Meza Kolli 62, Cavid İmamverdiyev 64,
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Sumqayıt. "Kapital Bank Arena”
İlk oyun – 0:1
 
20:00. "Neftçi” – "Qəbələ” 1-3
Qol:  Soni Mustivar, 10 - Baqali Dabo, 20, 30, Cavid Hüseynov (p) 61,
İlk oyun: 1:2
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "Bakcell Arena”
İlk oyun – 2:1.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right