Millimizin İrlandiyaya məğlubiyyəti

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İrlandiya ilə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun çalışdırdığı komandamız meydan sahiblərinin 90+9-cu dəqiqədə vurduğu qolla məğlub olub.

Bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu olub. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzub. Bütövlükdə isə komandamız qrupda keçirdiyi 7 oyunda qələbəyə həsrətdi. 6 oyunda məğlub olan millimizin hesabında cəmi 1 heç-heçə var.

AÇ-nin seçmə mərhələsi

5-ci qrup

İrlandiya - Azərbaycan - 1:0

Qol: Rayan Suini, 90+9

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right