U-21 millimiz son saniyələrdə məyus oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun çalışdırdığı komandamız bu dəfə səfərdə İrlandiya ilə qarşılaşıb. Meydan sahibləri 90+9-cu dəqiqədə vurduğu qolla yığmamızı məğlub edib.

Bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu olub. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzub. Bütövlükdə isə komandamız qrupda keçirdiyi 7 oyunda qələbəyə həsrətdi. 6 oyunda məğlub olan millimizin hesabında cəmi 1 heç-heçə var.

AÇ-nin seçmə mərhələsi

5-ci qrup

22:30. İrlandiya - Azərbaycan - 1:0

Qol: Sviney, 90+9

Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya).

Dublin. Talla stadionu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right