Elvin Yunuszadə: "Qurban Qurbanov milliyə kimi layiq görürsə, onu da dəvət edir" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində iki əzəli rəqib "Neftçi" və "Qarabağ" münasibətlərinə aydınlıq gətiriblər. (0-0)

Newsport.az xəbər verir ki, oyundan sonra qonaqların futbolçusu Elvin Yunuszadə əməkdaşımızın suallarını cavablandırıb:

-Bu gün, sizdən gözlənilən nəticəni  göstərmədiniz. 

-“Neftçi” son iki oyundur çox yaxşı formadadır. Biz də bunu bilirdik. Evdə oynamaqlarını da nəzərə alsaq,  bu görüşün gərgin məcrada keçəcəyini dərk edirdik.  Stadion amilini də vurğulayardım ki, istədiyimiz oyunu göstərmək üçün uyğun deyildi. Ot çox idi və top rahat şəkildə getmirdi.  Lakin əsas odur ki, bir xal da olsa qazanmağı bacardıq. Millinin oyunlarından sonra, qarşıdakı matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq.

-“Qəbələ”nin dünən ki, matçda bir xal qazanmağı oyununuza nə dərəcədə təsir etdi?

-Bəlkə də bir az rahatçılıq var idi. Məncə dünən ki, oyunla bağlı deyil bu.  Baş məşqçimiz də bizə hər dəfə bildirir ki, aradakı xal fərqinə fikir vermək olmaz. Rahatlanmaq olmaz. “Neftçi”nin də oyununu vurğulamaq istərdim ki, çox yaxşı futbol sərgilədilər. Bəlkə də bununla bağlı oldu bizim səfərdən bir xalla dönməyimiz.  Mənim özümün də çox xoşuma gəldi “Neftçi”nin bugünki oyunu. Nə qədər belə görüşlər olsa, çempionata da maraq artmağa başlayacaq.

-“Neftçi”nin gözəl oyununu nəzərə alsaq, bir xalı sərfəli nəticə hesab etmək olarmı sizin üçün?

-Qazandığımız hə xal bizim üçün önəmlidir. Bunun bir və yaxud da üç olması vacib deyil. Əsas odur ki, məğlub olmamışıq.

-Son iki oyundur start heyətdə meydana çıxırsan, düşünmürsənmi ki, artıq, Qurban müəllim səni millidə görmək istədiyni bildirir.

-Bu haqda heç bir fikirim yoxdur. Qurban Qurbanov milliyə kimi layiq görürsə, onu da dəvət edir. Mənim üzərimə düşən vəzifə daha çox çalışmaq və özümü yaxşı mənada doğrultmaqdır.

-Dəvət gözləyirsənmi milliyə?

-Əlbəttə, hər bir futbolçu istəyər ki, millidə forma geyinsin. Həmçinin mən də.  Lakin bu artıq Qurban müəllimin verdiyi qərardan asılıdır. Çağırsa da sağ olsun, çağırmasa da. Onun verdiyi qərarlara hörmətlə yanaşıram.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right