Qurban Qurbanov: "Siyahımızda olan futbolçular arasında onun da soyadı var"

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası baş tutub. 
 
Newsport.az xəbər verir ki, iclasdan sonra millimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sualını cavablandırıb.
 
- Köməkçiniz Elçin Rəhmanovu Türkiyə TFF I Liqasının “Samsunspor” – “Elazığspor” matçına Samsun təmsilçisində çıxış Ufuk Budakı izləmək üçün yollasanız da, millimizin üzvü şans qazanmadı. Rəhmanov növbəti oyunu gözləyək, yoxsa Budak milliyə dəvət alacaq?
- Şərt o deyil ki, mütləq oyuna canlı baxmalıyıq. Görüşmək və oyuna baxmaq üçün belə səfər təşkil edildi. Burada ciddi problem görmürəm. Ufuk millinin üzvüdür. Bir neçə oyun oynamayıbsa, artıq o demək deyil ki, yığmanın üzvü deyil. Ötən toplanışa dəvət alan futbolçuları növbəti təlim-məşqdə görməyə bilərsiniz. Daha yaxından tanış olmaq istəyirik. Onunla maraqlanmaq, həyatı tərzilə tanış olmaq istəyirdik. Oynasaydı, daha yaxşı olardı. Oynamaması problem yaratmadı. Ufukun oyunlarını izləmişik.
 
- Almaniyada da milliləşdirilimiş oyunçular var. Ora da köməkçilərinizi yollayacaqsız?
- Yavaş-yavaş işləri davam etdiririk. Hələ ki, Dmitri Nazarovu dəvət edəcəyik və burada görüşəcəyik. Digər futbolçuların üçün də lazım gəlsə, səfər təşkil ediləcək.
 
- Rüfət Dadaşov 3-cü liqada oynasa da, stabil oynayır, qollar vurur. Dadaşovun millidə oynamaq şansı var?
- Son zamanlar belədir, izləyirəm. Performansı pis deyil, yaxşıdır. Ancaq son 1 ilə baxıb qərar vermək düzgün olmaz. Ancaq millinin üzvü olan futbolçularla maraqlanacağıq.
 
- Dəniz Yılmaz Robert Prosineçki ilə problem yaşamışdı. Onun taleyi necə olacaq?
- Hər biri ilə maraqlanırıq və yaxından tanış olmaq istəyirik. Eşitməkdənsə, üz-üzə söhbət etmək yaxşıdır. Elə də daha yaxından tanımaq olur. Düzdür, son zamanlar çox oynamır. Onun belə sıxıntısı var. Hər biri ilə maraqlanırıq.
 
- Millinin oyunları ilə bağlı çempionat oyunlarında fasilə olacaq. Klublar narazılıq etmədilər?
- Sağ olsunlar, heç biri narazılıq etmədi. Təkcə bizdə deyil, bütün çempionatlarda fasilə olur. Sadəcə, bizdə 3-5 gün çox olur. İllərdir ki, bu, baş gedir. Klub rəhbərləri də yığma üçün əllərindən gələni edirlər.
 
- Millətlər Liqasındakı rəqibimiz olan Kosovo yığması martda Fransa ilə iki yoxlama oyunu keçirəcək. Həmin matçlara köməkçilərinizi göndərmək fikriniz var?
- Bəli, proqramımızda daxil etmişik.
 
- Yığmanın heyətini Premyer Liqanın son turundan sonra açıqlayacaqsız?
- Son turdan sonra açıqlanacaq.
 
- Premyer Liqanın son turunda “Qəbələ” – “Neftçi” (1:2) oyununu stadiondan izlədiniz. Milli üçün yeni futbolçu kəşf etdiniz?
- Bu səfərin yaxşı və pis tərəfləri oldu. Diqqətimi cəlb edən və narahat qaldığım məqamlar da oldu.
 
- Ramil Şeydayevin Azərbaycan millisinə kömək etməsi üçün “Qarabağ”dan ayrılaraq Avropaya yollanması yaxşı olmazdımı?
- Belə deyək, ümumiyyətlə, hər bir futbolçunun tək milli üçün deyil, özünə görə daim oynaması lazımdır. Əfsuslar olsun ki, hər komandada 11 oyunçu olur. Artıq oyunçu meydanda olmur və bəziləri kənarda qalır. İstəyirəm ki, milli üzvləri daha yaxşı çempionatlarda oynasınlar. Ancaq heç olmasa, mövsümboyu bizdə əsas heyətə düşməyi bacarmalıdırlar. Tək Ramilin deyil, çoxlarının oyun praktikasının olmasının istəyirəm. Ramil əvəzedicidə də oynayıb, əsas komandada. Oyun performansını qoruyub. Belə sıxıntılar, problemlər olur və olacaq da.
 
- Rəşad Sadıqovun karyerası məsələsi son günlər müzakirə mövzusudur. Çempionatda U-21 yığmasının futbolçularına qarşı oynayır. Mənzərə necə görünür sizin üçün?
- Bir futbolçunun oynaması niyə bu qədər müzakirə edilir? Əgər futbolçunun gücü varsa, bacarırsa, ən yaxşılardan biridirsə, niyə oynamasın? Klub olaraq ona ehtiyac duyuruqsa, niyə futboldan göndərək? Bizdə Ansi Aqolli də var. Aqolli ilə Rəşadın peşəkarlığını, işlərinə yanaşmalarını bütün gənclərə nümunə göstərirəm. Belə oyunçuları tez göndərməli deyilik. Xavyer Zanetti 38 yaşa qədər oynadı və ən yaxşılardan idi. Digər tərəfdən öz futbolçusuna qarşı oynamasında nə problem ola bilər ki? Həm özü, həm də futbolçu məsuliyyətli olurlar. Futbolçular da istəkli oynayırlar. Futbol elə oyundur ki, dəyişikliklər daim olacaq. Yaxşıları daim qorumalıyıq. Yaşa önəm vermək lazım deyil.
 
- Xama Billiat məsələsi gündəmdədir, yoxsa söhbət bağlanıb?
- Danışıqlar dayanıb. Ehtiyac yoxdur. Siyahımızda olan futbolçular arasında onun da soyadı var. Yaxından tanıyırıq. Ancaq hələ ehtiyac görmürük.
 
- İclasda nələr müzakirə edildi?
- Bir neçə müzakirələr oldu. Zeynal Zeynalov çimərlik futbolunda millinin məşqçisi oldu. Danışılmış oyunlarla bağlı müzakirələr apardıq.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right