“Qarabağ” yeganə klub oldu ki.." - Elxan Məmmədov

“2017-ci il futbolla zəngin il idi. Ötən il 23 yaşadək futbolçulardan ibarət milli komandamız bizi sevindirdi, İslam Oyunlarında qızıl medal qazandı”.

Newsport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov AFFA-nın növbəti hesabat konfransında deyib. Konfransda iştirak edən qurum rəsmisi 2017-ci ildəki uğurlardan danışıb:

“2017-ci ildən danışanda Çempionlar Liqasının himni qulağımızda eşidilir. Çünki “Qarabağ” bizi sevindirdi, Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardı. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində 8 komandalı çempionatdan iştirak edən yeganə komanda idi. Yəqin UEFA bu məsələ ilə bağlı araşdırmalar aparacaq”.

O, Bakı Olimpiya Stadionun 2019-cu ildə Avropa Liqasının finalını qəbul etməsini müsbət məqam kimi dəyərləndirir: “Ötən illə bağlı məqamlardan biri də bu oldu ki, Bakı Olimpiya Stadionu 2019-cu ildə Avropa Liqasının finalını qəbul etmək şansı qazandı. Buna görə hazırda konfransda iştirak edən Con Delyeniyə təşəkkür edirəm. Sağ olun ki, bizə səs verdiniz. Çempionlar Liqasının finalı uğrunda mübarizədə isə Madridin “Metropolitano” stadionuna uduzduq”.

AFFA rəsmisi danışılmış oyunlardan da danışıb: “Ötən il mənfi hallar da baş verdi. Mövzu danışılmış oyunlardı. Bu məsələ çox ciddidi. Bu “virus”, cinayət geniş yayılmaqdadı. Biz artıq başlanğıc mərhələsindəyik. Təbii ki, bu mübarizəyə qarşı müharibəni davam etdirəcəyik. Xahiş edirəm, bu mübarizədə bizimlə birlikdə olun. Biz bu “virus”u məhv etməsək, o bizi məhv edəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right