Amil Yunanovdan yubiley qolu

“Sumqayıt”ın tarixində ən məhsuldar futbolçu olan Amil Yunanov yubiley qoluna imza atıb. Hücumçu komandasının heyətində 25-ci çempionat qolunu vurub.

Newsport.az-ın məlumatına görə, XVIII turun “Qarabağ”la görüşünə (1:1) təsadüf edib. Matçda hesabı açan Amil “Sumqayıt”ın heyətində 65-ci matçda 25-ci dəfə fərqlənib. Futbolçu 2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 6, cari çempionatda isə 8 dəfə qol sevinci yaşayıb. Onun orta məhsuldarlığı 0,38-ə bərabərdir.

Qeyd edək ki, Yunanov Premyer Liqada ümumilikdə 26 qol vurub. O, ilk qolunu 2011/12 mövsümündə “Qəbələ”nin heyətində rəqib qapısından keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right