Rusalan Abışov: "Bugünki görüş göstərdi ki, kim daha çox istəyirsə, o da qələbə qazanır" Müsahibə

"Çətin səfər oyunu oldu. Çempionluğa oynayan bir kluba qalib gəldik. Uzun zaman olardı ki, Qəbələdə qələbəmiz yox idi. Sevinirəm ki, bu tilsimi qırmağı bacardıq. Meydanda sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq. Lakin bu görüşü unudub, irəlidə “Keşlə” ilə vacib bir oyunumuz var. Həmin görüşə hazırlaşacağıq. Zamanla hər bir şey qaydasına düşəcək".

Newsport.az xəbər verir ki, bu sözləri "Qəbələ" "Neftçi" görüşündən sonra qonaqların futbolçusu Rusal Abışov Qəbələyə ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib:

-Hesabda geri düşdüyünüz zaman nə hisslər keçirdiniz?

-Fikrimcə, ilk qol səhvimiz nəticəsində vuruldu. Lakin əsas olan sonda qələbə qazanmaq idi ki, onu da bacardıq. Çalışacağıq ki, irəlidəki oyunlarda daha məsuliyyətli oynayaq.

-Sizcə, oyunun qəhramanı,  kimi hesab etmək olar?

-Qəhraman olaraq bütün komandanı görürəm. Çünki, hər kəs istəyirdi ki, bu gün qələbə qazanaq.

-Bir oyun epizodu oldu ki, sanki zədələndin. Ciddi bir problem yoxdur ki?

-Düzdür, çox pis bir ağrı keçirdim.Hal-hazırda da ağrılarım var. Lakin müalicədən sonra düşünürəm ki, qarşıdakı oyunlara qədər hər şey qaydasına düşər.

-Bu qələbədən sonra kubok oyunlarında “Qəbələ” ilə çətinlik yaşanmayacaq ki?

-Şanslarımız bərabərdir. Bugünki görüş göstərdi ki, kim daha çox istəyirsə, o da qələbə qazanır. Hal-hazırda çempionat oyunlarını düşünürük. Həmin oyunlardan sonra kubok görüşləri haqda fikirləşəcəyik.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right