“Kəpəz”in zədəlilərinin son durumu

“Qarabağ”a qarşı son çempionat oyununda “Kəpəz”in zədələnərək əvəzlənən futbolçularının vəziyyəti qənaətbəxşdi.

Newsport.az-ın məlumatına görə, Gəncı təmsilçisinin tibbi personalından klub saytına verilən məlumata görə, Dieqo Souza, Samir Zərgərov və İlyas Səfərzadənin durumu nəzarət altındadı.

Əzələ yüklənməsi diaqnozu qoyulan Zərgərov artıq komanda ilə kollektiv məşqlərə başlayıb. Əzələ ilə bağlı problemləri olan İlyasla Dieqo isə bu gün fərdi halda hazırlaşıb. Sabah təkrar müayinədən asılı olaraq onların kollektiv məşqlərə qoşulub-qoşulmamasına qərar veriləcək.

Qeyd edək ki, "Kəpəz" Topaz Premyer Liqasının XVIII turunda "Səbail"lə qarşılaşacaq.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right