Riçard Almeyda: "Bizə qarşı daha çox müdafiə futbolu oynayırlar"

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının 17-ci turunda "Kəpəz"i 1:0 hesabı ilə yendikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az-ın məlumatına görə, Almeyda öncə oyun haqda danışıb: 
 
- Çətin matç oldu. Çünki rəqib müdafiə futbolu oynayırdı. Əks hücumlara önəm verirdilər. Yaxşı da müdafiə olunurdular. Biz isə səbrlə oynadıq. Boşluqlar axtarırdıq. Əsas 3 xal idi. Onu da qazandıq.
 
- Qolu Mahir vurdu? Əgər sən vurdunsa, bombardir olmağı üçün Mahirə bağışlaya bilərsən?
- Özüm də dəqiq bilmirəm. Kim vurdu. O vurdu, mənə dəydi və qapıya daxil oldu. Təkrara baxmamışam. Mənim üçün fərqi yoxdur. Mahir vurubsa, onu da təbrik edirəm. Önəmli olan 3 xaldır.
 
- Komanda qış fasiləsindən sonra 3 xalı çətinliklə qazanır...
- Çünki taktiki cəhətdən hamı inkişaf edib və bizə qarşı daha çox müdafiə futbolu oynayırlar. Biz hər dəfə cəhd edirik və onların səhvini gözləyirik.
 
- 3 oyuna 2 qol. Dinonun yoxluğu hiss olunurmu? 
- Yenə də eyni sual. O, olanda da qaçırdığımız epizodlar olurdu. İndi heyətimizdə Mahir və Şeydayev kimi oyunçular mövcuddur. Onlara inanmalıyıq.
 
- "Qəbələ" ilə xal fərqi 9 oldu. "Qarabağ"ı çempion saymaq olarmı?
- Xeyr. Bizi qarşıda çox oyunlar gözləyir. Xüsusilə "Sumqayıt"la səfər oyunu var. Hədəfimiz çempionluqdu, amma addım addım yaxınlaşırıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right