Cavid İmamverdiyev: "Bu gün özümüzə oxşamırdıq" Müsahibə

“Bu gün özümüzə oxşamırdıq. Düzdür, oyunun sonlarında özümüzə gəlməyə başladıq, lakin  ümumi götürsək, heç də yaxşı futbol sərgiləmədik. Əsas odur ki, sonda qələbə qazandıq. Bunsa sevinməyə dəyər".

Newsport.az xəbər verir ki, bu sözləri "Keşlə" "Sumqayıt" matçından sonra qonaqların futbolçusu Cavid İmamverdiyev jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-İstədiyiniz kimi oynamamağınız  “Neftçi”nin xal itirməsidən irəli gələ bilərmi?

-Xeyr, biz oyunumuzu hansısa komandanın nəticələri üzərində qurmuruq. Biz matçlara yalnız, gələbə üçün çıxırıq.

Son saniyələrdəki qoldan sonra,  sanki, Avroliqaya çıxmış kimi sevindiniz

-Məncə, bunu “Keşlə” də vursaydı həmin sevinci yaşayardılar.  Təbii ki, son dəqiqələrdə qələbə qolu vurmaq hər kəsi sevindirər.

-Artıq, “Neftçi”dən 7-di xal aralandınız.

-Biz sadəcə, öz oyunumuzu oynayırıq. Rəqiblərin bizdən neçə xal irəlidə və yaxud da geridə olmaqlarını düşünmürük.  İddialı bir klubuq və nə qədər irəliyə gedə bilsək, bizim üçün bir o, qədər yaxşı nəticədir.

-Oyunsonrası soyunub-geyinmə otağında həddindən artıq səs-küy oldu. Bu, nə ilə bağlı idi?

-Rəhbərlik gəldi və bizi təbrik etdi. Həm də ki, prezidentimizin ad günü idi deyə, bir az  səs-küy oldu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right