Bəxtiyar Həsənəlizadə: "Bu görüşədə xüsusi motivasiya ilə çıxmışdıq" Müsahibə

“Oyun çox ağır keçdi. Birinci hissədə bir az ağır görsənirdi uşaqlar, lakin ikinci hissədə  toparlanmağa çalışdıq. Düzdür, istədiyimiz kimi oynamasaq da, ancaq əsas odur ki, qələbə qazanmağı bacardıq”.

Newsport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənəlizadə əməkdaşımızın suallarını cavablandırarkəm bildirib:

-Qeyd etdiniz ki, istədiyiniz kimi alınmadı oyununuz. Səbəb olaraq, yorğunluq ola bilərmi?

-Yorğunluq da ola bilər. Bunu məşqçi analiz edəcək və bundan sonra harada səhvlərimiz varsa, çalışacağıq ki, həmin səhvlər üzərində işləyək.

-Ən yaxın izləyiciniz “Neftçi” dünən xal itirdi. Bu, sizin oyuna nə dərəcədə təsir etdi?

-Açığı, istədiyimiz o, idi ki, aradakı fərqi bir qədər də artıraq.  Bizim üçün çox yaxşı fürsət oldu. Bu görüşə də xüsusi motivasiya ilə çıxmışdıq.  Oyunumuzdan da görünürüdü ki, qələbə qazanmaq istəyirik. Çox sevinirəm ki, sonda qələbə qazana bildik

-Düşünmürsən ki, istəkli olmağınız sizin oyuna mane olurdu?

-Düzünü desəm, məndə heç bir həyəcan yox idi. Oyundan öncə ola bilər ki, hardasa olsun, lakin matç əsnasında heç bir həyəcanım yox idi. 

-Milli komanda ilə adın hallanır son zamanlar, ancaq heyətə dəvət almırsan. Bu, sənə nə dərəcədə təsir edir?

-O, haqda maksimum dərəcədə fikirləşməyə çalışmıram. Çünki özümü oyunlara kökləmək istəyirəm. Çağırılmamışamsa, bu, o demək deyil ki, milli karyeram bitdi. Hər şeyi zaman göstərəcək. Mənim üzərimə düşən  yalnız, çalışmaqdır

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right