"Qəbələ"yə soyuq duş

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turunun ilk oyunları baş tutub.

Newsport.az xəbər verir ki, "Səbail" doğma meydanda "Qəbələ"ni qəbul edib. Görüş qonaqlar üçün heç də yaxşı başlamayıb. Belə ki, matçın 25-ci dəqiqəsində qonaqların müdafiəçisi Vitali Vernidub topu öz qapısına göndərərək, "Səbail"i hesabda önə çıxarıb. İlk yarı bu hesabla başa çatıb. İkinci yarıda gənc hücumçu Fəhmin Muradbəyli "Səbail"in üstünlüyünü iki topa çatdırıb. "Qəbələ" yalnız, matçın 68-ci dəqiqəsində Baqali Dabo ilə buraxılan toplardan birinin əvəzini çıxsa da, "qırmızı-qaralar"ın bunnan artığına gücü çatmayıb. (2-1)

“Səbail” – “Qəbələ” - 2:1

Qollar: Vitali Vernidub, 25 (avtoqol), Fəhmin Muradbəyli, 56 - Baqali Dabo, 68





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right