"Səbail" - "Qəbələ": 5-ci sınaq

Sabah Azərbaycan Premyer Liqasında XVII turunda “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakıdakı “Bayıl Arena” stadionunda keçiriləcək görüş rəqiblər arasında 5-ci matç olacaq. İndiyədək “qırmızı-qaralar” “Səbail”lə 4 dəfə üz-üzə gəlib. Bu oyunların hamısı cari mövsümdə baş tutub. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunda görüşüb. Dörd matçın hamısında “Qəbələ” qalib gəlib. Həm çempionat, həm kubokdakı ev və səfər qarşılaşmalarında qələbə qazanan “qırmızı-qaralar” 11 qol vurub və 4-nü buraxıb. Premyer Liqadakı hər iki matçda eyni hesab qeydə alınıb. Futbolçular 3 xalı 3:1 hesablı qələbələrlə əldə edib. 3-cü dəfə səfərdə “Səbail”lə görüşəcək “Qəbələ” çempionatda 3:1, kubokda 4:2 hesabı ilə qalib gəlib. Bu oyunlarda 11 qoldan 5-nə Baqali Dabo imza atıb. Famussa Kone 2, digər 4 futbolçu isə hərəyə 1 dəfə fərqlənib.

Xatırladaq ki, fevralın 24-də “Bayıl Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right