"Revanş almağa çalışacağıq" Arif Əsədov

"Bizim üçün asan oyun olmayacaq. Son oyunda məğlub olmuşuq və sabahkı oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah" klubunun baş məşqçisi Arif Əsədov deyib. 

Birinci divizion təmsilçisi çempionatın XV turunda öz meydanında "Turan Tovuz"u qəbul edəcək. Bu matçla bağlı danışan təcrübəli mütəxəssis Tovuz təmsilçisindən birinci dövrədəki məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib: "Rəqibimiz asan komanda deyil, meydanda sona qədər mübarizə aparırlar. Oyunlarına baxmışıq, adlar olmasa da, komanda şəkilində Əsgər müəllim yaxşı kollektiv yaradıb. Həm keçən ilki çempiona qarşı oynayacağıq, həm də birinci dövrədə məğlub olduğumuz komamdaya qarşı mübarizə aparacğıq. Çalışacağıq ki, revanş alaq".

Arif Əsədov zədəli futbolçuların sıraya döndüyünü, yalnız iki futbolçunun zədədən əziyyət çəkdiyini deyib: "Zədəli futbolçularımız qayıdıblar, yalnız iki oyunçumuz zədədən əziyyət çəkir. Heyətlə bağlı problemlərimiz artıq geridə qalıb. Hazırlaşırıq, düşünürəm ki, növbəti oyunlarda etdiyimiz məşqlərin bəhrəsini görəcəyik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right