Riçard Almeyda: "Bizə qarşı bütün komandalar var gücləri ilə oynayırlar" Müsahibə

“Bilirdik ki, bizim üçün çətin olacaq. Üstəlik də rəqib meydanında.  Ümumiyyətlə,  çempionatda asan oyun yoxdur. Yaxşı nəticə əldə etmək istəyiriksə, dayanmadan çalışmalıyıq. Qarşıda “Kəpəz”lə görüşümüz olacaq. Həmin matçada da çalışacayıq ki, müsbət nəticə əldə edək”.

Newsport.az xəbər verir ki, bu sözləri "Səbail" "Qarabağ" görüşündən sonra, qonaqların futbolçusu Riçard Almeyda jurnalistlərin suallarını cavablandırarkən bildirib:

- Bu gün “Səbail”ə qarşı çətin oyun oldu. Bu, hava şəraiti ilə bağlı idi, yoxsa, rəqib güclü idi?

- Ümumiyyətlə, bizə qarşı bütün komandalar var gücləri ilə oynayırlar.  Bəzi matçlar olur ki, yaxşı oyun göstərirsən və xal qazanmaq olmur. Məncə, əsas olan, üç xal idi ki, bunu da əldə etdik.

- Düzdür, “Qarabağ”ın oyunçuları bunu qəbul etmirlər, lakin komandanın hücum xətti Dinonun gedişindən sonra, son nöqtəni qoya bilmir. Sən necə düşünürsən?

- Razıyam, Dino çox istedadlı futbolçu idi, lakin onun da çıxış etdiyi vaxtlarda əldən verdiyi epizodlar olurdu. Hətta böyük oyunçular belə, qol vəziyyətlərini boşa verirlər. Mahir də gəncdir və biz ona dəstək olmalıyıq.

- Oyun qurmaq baxımından, “Qəbələ”ilə matçda daha çox əziyyət çəkdiniz? Yoxsa, bu gün?

- Əziyyət çəkmədik. Hər zaman çalışırıq ki, öz oyunumuzu ortaya qoyaq. Əsas odur ki, istədiyimizi alırıq.

- Ramil Şeydayev “Qarabağ”a böyük ümidlərlə gətirilsə də, lakin ehtiyatda oturur. Səncə, o, “Qarabağ”da 15, 20 dəqiqə belə olsa,  forma geyinməyə o qədərmi layiq deyil?

- Ramil hər zaman öz üzərində çalışmağı sevən futbolçudur. Qərarlar isə məşqçiyə məxsusdur və mən buna qarışmıram

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right