Liderdən qələbə, "Mil-Muğan" "Ağsu"nu, "Şüvəlan" "Binə"ni məğlub yola saldı

Azərbaycan birinci divizionunda 14-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 3 görüş keçirilib.

“Mil-Muğan” doğma meydanda “Ağsu”nu qəbul edib və 4 cavabsız qolla qələbə qazanıb.

“Şüvəlan” isə “Binə”ni məğlub yola salıb - 1:0.

Lider “Qaradağ Lökbatan” səfərdə autsayder “Zaqatala” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə çətin qələbə qazanıb.


16 fevral

“Mil-Muğan” – “Ağsu” 4:0
Qol:
 Samir Babayev, 42. Şahin Əliyev, 77; 90+3. Samir Babayev, 90+1-pen.

“Şüvəlan” – “Binə” 1:0
Qol
: Nuqzar Kvirtiya, 27.

Zaqatala” – “Qaradağ Lökbatan” 1:2
Qol:
 Haqverdi Həsənov, 74 – Sabir Allahquliyev, 64. Elvin Adışirinli, 80.

Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Qaradağ Lökbatan" başçılıq edir, MOİK 23 xalla 2-ci, "Şüvəlan" 22 xalla 3-cüdür.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right