"Neftçi"nin iki oyunçusu sıralara qayıdıb

"Neftçi"nin iki futbolçusu zədəsini sağaldıb.

 

Newsport.az xəbər verir ki, gənc futbolçular - Elnur Cəfərov və Ömər Buludov məşqlərə başlayıblar. 

 

21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində zədə alan Cəfərov bu gündən fitnes zalında məqşlərə start verib. Hücumameyilli yarımmüdafiəçi 2 həftədən sonra kollektivlə məşqlərə başlayacaq.  

 

Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən "Neftçi"nin əsas komandası ilə hazırlığa start verib.

 

Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right