Arif Əsədov: "Bizi "Xəzər"lə 6 xallıq oyun gözləyir"

Azərbaycan birinci divizionunda mübarizə aparan "Sabah”ın baş məşqçisi Arif Əsədov açıqlama verib.


Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis transfer fəaliyyətini başa vurduqlarını açıqladı:

"Artıq transfer dönəmi bizim üçün başa çatdı. Bu gün "Səbail"dən hücumçu Raul Yaqubzadəni, "Keşlə"dən müdafiəçi Ricat Qarayevi rənglərimizə bağladıq. Hər ikisi komandamızda icarə əsasında çıxış edəcək. 80 faiz istədiyimiz transferləri reallaşdırdıq. I Divizionda limitə uyğun transferlər etdik".

I Divizionda 3 gündən sonra qış fasiləsi başa çatır. Heyətlərini yeni transferlərlə gücləndirən və iddialı komandalar hesab edilən "Sabah"la "Xəzər" 14-cü turda üz-üzə gələcək. Arif Əsədov sözügedən qarşılaşmanı "6 xallıq oyun" adlandırıb:

"Gərgin mübarizə olacaq. Bildiyiniz kimi, hər iki komanda heyətini gücləndirib. Çalışacağıq ki, ilk oyunda qalib gələk. İlk qarşılaşmalar çətin olur. Buna baxmayaraq, qalib gəlmək üçün oynayacağıq. Həm də "Xəzər"dən 1 xal geriyik. Bu baxımdan bizi 6 xallıq oyun gözləyir".

"Sabah"ın növbəti mövsüm Premyer Liqada oynayacağı ilə bağlı söz-söhbətlərə münasibət bildirən çalışdırıcı bu fikirləri səsləndirib:

"Belə danışaq, rəsmi heç nə yoxdur. Belə söz-söhbətlər dolaşa bilər, amma biz önümüzə baxmalıyıq. Futbolçuları hər oyun hazır çıxarmalıyıq. Gələcəkdə nələr olacağını görəcəyik. Konkret olaraq qarşımıza hədəf qoyulmayıb. Ancaq ilk "üçlüy"ə düşmək istəyirik. Klubun hədəfləri və strategiyası var".

Sportal.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz