Mirabdulla Abbasov: "Mənim işim meydana çıxıb futbol oynamaqdır" Müsahibə

"Psixoloji cəhətdən bizim üçün çox vacib bir qalibiyyət oldu. Antalyadakı toplanış oyunları elə də uğurlu getmirdi. Bunun üçün də üzərimizdə böyük təzyiq var idi. Sevinirəm ki, bu gün qələbə qazandıq və azarkeşlərimizi sevindirdik".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi" "Kəpəz" matçından sonra ev sahiblərinin futbolçusu Mirabdulla Abbasov jurnalistlərin suallarını cavablandırarkən bildirib:

-Strat heyətdə, təxmini,  20 kilo çəkisi artıq olan oyunçu var idi. Bu haqda nə deyə bilərsə?

-Bu baş məşqçinin fikiridir. Hörmətlə yanaşıram. Mənim işim meydana çıxıb futbol oynamaqdır.

-Təlim-məşq toplanışında “Neftçi”nin işləri elə də yaxşı getmirdi. Bəs bu oyundan qabağ necə, təzytiq hiss olunurdumu oyunçularda?

-Təbii ki, psixoloji baxımdan çox çətin idi bizim üçün. Lakin əsas odur ki, özümüzü toparlaya bilib qələbə qazana bildik.

-Özünü 90 dəqiqə oynamağa hazır hiss edirsənmi?

-Bəli, hazıram.

-Bu qələbə sayəsində “Neftçi”də yaxşılığa doğru nələr insə dəyişəcəyinə ümid edirsənmi?

 -“Neftçi”nin üzərində həmişə təzyiq var.  Bizə bu qələbə çox lazım idi. Çünki, bu qələbədən sonra uşaqların daha da inamlı oynayacağını düşünürəm.

Qarşıdakı görüş “Sumqayıt”ladır. Necə düşünürsən, çətin olacaqmı?

-İnanıram ki, qələbə qazanıb, onları turnir cədvəlində keçəcəyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right