Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən "Sumqayıt” və "Səbail" klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.
Newsport.az-ın məlumatına görə "Kapital Bank Arena”da keçirilən qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, hər iki komandanın Bakıdakı hazırlıq çərçivəsində son yoxlama oyunu olub. Komandalar hazırlığın növbəti hissəsini Türkiyədə davam etdirəcək.
Yoxlama oyunu
"Sumqayıt" - "Səbail" - 1:2
Qolar: Nurlan Novruzov, 22 (0:1), Amil Yunanov, 53 (1:1), Vüqar Nadirov, 85
Qırmızı vərəqə: Cavid İmamverdiyev, 60