"Kəpəz"də iki futbolçu ilə bağlı qərar verildi

Təlim-məşq toplanışını ölkə daxilində davam etdirən “Kəpəz”də baxışda olan futbolçularla bağlı qərar verilib.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov oyunçularla bağlı qərarını açıqlayıb.  

Mütəxəssis baxışda olan 3 oyunçudan 2-nə ehtiyac duymayıb. Belə ki, Saşa Yunisoğlu və Elşən Rzazadənin hazırlıq səviyyəsi onu qane etməyib. Bu səbəbdən adıçəkilən futbolçular düşərgəni artıq tərk ediblər.

Hüseynov Ruslan Tağızadə ilə bağlı qərar verməyə tələsmir. Çalışdırıcı cinah müdafiəçisini bir müddət sınamaq fikrindədi.

Qeyd edək ki, Gəncə klubu qış transfer dönəmində Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov, Dieqo Souza, Sergey Litovçenko, Giuli Manjqaladze və Dario Frederikonu rənglərinə bağlayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right